Bu məqalədə Heydər Əliyevin siyasi kursunun əsas prioritetləri araşdırılır. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikasında həyata keçirilən ilk tədbirlərdən başlayaraq, onun ölkənin inkişafı üçün müəyyən etdiyi strateji hədəflərə geniş yer ayrılmışdır. Məqalədə, neft amili və enerji resurslarının Azərbaycanın iqtisadi potensialını artırmaq üçün strateji bir vasitə kimi necə istifadə edildiyi təhlil edilir. Eyni zamanda, Heydər Əliyevin multikultural dəyərlərin təşviqinə və ictimai birliyin təmin edilməsinə yönələn siyasəti ilə aqrar sektorda həyata keçirdiyi islahatların ölkənin davamlı inkişafına töhfələri incələnir. Bu istiqamətdəki siyasətlər, ölkənin iqtisadi sabitliyini gücləndirməklə yanaşı, milli maraqların qorunması və mədəni müxtəlifliyin təmin edilməsi məqsədini daşıyır. Məqalə, Heydər Əliyevin siyasi kursunun müxtəlif sahələrdəki təsirlərini hərtərəfli şəkildə dəyərləndirərək, Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafını təmin edən mühüm amilləri önə çıxarır.
This article analyses the main priorities of Heydar Aliyev's political course. Starting from the first measures implemented after Heydar Aliyev came to power in the Republic of Azerbaijan in 1993, the strategic goals he set for the country's development are given extensive coverage. The article analyses how the oil factor and energy resources are used as a strategic tool to increase Azerbaijan's economic potential. At the same time, the contribution of Heydar Aliyev's reforms in the agricultural sector and his policy aimed at promoting multicultural values and social unity to the sustainable development of the country is analysed. Policies in this direction aim to strengthen the country's economic stability, protect national interests and ensure cultural diversity. The article comprehensively assesses the impact of Heydar Aliyev's political line in various fields and highlights the important factors that have contributed to the socio-economic and cultural development of Azerbaijan.
Primary Language | Turkish |
---|---|
Subjects | Turkish Society and Community |
Journal Section | Articles |
Authors | |
Early Pub Date | March 15, 2025 |
Publication Date | April 8, 2025 |
Acceptance Date | February 18, 2025 |
Published in Issue | Year 2025 Volume: 12 Issue: 1 |
По всем вопросам приема статей и выпуска очередных номеров обращаться в редакцию соответствующего журнала